Yuxarı

​Ruslan Dibirhacıyev: "Məşqçilər məndən qızıl medal gözləyirdi"

O, üçüncü yeri tutmağının az da olsa sevindirici hal olduğunu bildirib

Bakı. 18 iyun. REPORT.AZ/ “Azarkeşlərimizin qarşısında çıxış edirdim və çempion olmaq istəyirdim". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında sərbəst güləşdə bürünc medal qazanan Ruslan Dibirhacıyev deyib.

O, üçüncü yeri tutmağının az da olsa sevindirici hal olduğunu bildirib:

"Məşqçilər məndən qızıl medal gözləyirdi, amma alınmadı. Ən əsası bürünc medal qazandım və məni dəstəkləyən azarkeşləri məyus etmədim".

70 kq. çəkidə mübarizə aparan pəhləvan onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi