Rusiyalı qadın boksçu: "I Avropa Oyunlarının favoritiyik"

Rusiyalı qadın boksçu: "I Avropa Oyunlarının favoritiyik" Bu barədə Yaroslava Yakuşina açıqlama verib
Avropa Oyunları
8 Aprel , 2015 19:43
Rusiyalı qadın boksçu: I Avropa Oyunlarının favoritiyik

Bakı. 8 aprel. REPORT.AZ/ Rusiyalı boksçu Yaroslava Yakuşina həmkarları Anastasiya Belyakova və Sayana Saqataeva ilə birgə "Bakı 2015" I Avropa Oyunlarında favorit olduqlarını bildirib. 

"Report"un məlumatına görə, qadın döyüşçü "Vestnik Kavkaza"a müsahibəsində heç bir rəqibi özlərindən güclü saymadıqlarını və özlərini favorit hesab etdiklərini deyib.

Oyunlara yaxşı hazırlaşdıqlarını deyən Yakuşina Bakıda keçiriləcək yarışda qələbə qazanmaq üçün iştirak edəcəklərini söyləyib. Yarışların kifayət qədər çətin olacağını bildirən Saqataeva isə Avropa Oyunlarında zəif heyətin qələbə qazana bilməyəcəyini deyib: "Biz Avropa Oyunlarında iştirak etmək üçün ciddi seçim mərhələsindən keçmişik. Buna səbəb isə 8 çəki dərəcəsinə sadəcə 8 nəfərin düşməsidir".

Qeyd edək ki, I Avropa Oyunlarında boks üzrə yarışlar 25, 26, 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi