​Rusiyadan 1,5 min könüllü Bakıda Avropa Oyunlarında fəaliyyət göstərəcək

​Rusiyadan 1,5 min könüllü Bakıda Avropa Oyunlarında fəaliyyət göstərəcək Oyunlarda ümumilikdə 12 min 500 könüllü köməkçi işləyəcək
Avropa Oyunları
15 May , 2015 00:33
​Rusiyadan 1,5 min könüllü Bakıda Avropa Oyunlarında fəaliyyət göstərəcək

Bakı. 15 may. REPORT.AZ/ Bakıda keçiriləcək I Avropa Oyunlarında 1 500 rusiyalı könüllü fəaliyyət göstərəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yarışların Təşkilat Komitəsindən məlumat verilib.

Bakıdakı Oyunlarda ümumilikdə 12 min 500 könüllü köməklik göstərəcək. Avropa Oyunlarında azərbaycanlı və ruslarla yanaşı Böyük Britaniya, İtaliya, Gürcüstan və digər ölkələrdən könüllülər olacaq.

Könüllülərin ərizə qəbulu və onlara baxılması prosesi 2014-cü ilin oktyabr və 2015-ci ilin may ayı tarixləri aralığında baş tutub.

Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi