Rusiyada "​Bakı 2015"in təqdimatı keçiriləcək

Rusiyada "​Bakı 2015"in təqdimatı keçiriləcək Bu məqsədlə nazir Azad Rəhimov Rusiyada rəsmi səfərdədir
Avropa Oyunları
10 Aprel , 2015 15:02
Rusiyada ​Bakı 2015in təqdimatı keçiriləcək

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. 

Gənclər və İdman Nazirliyindən "Report"a verilən xəbərə görə, bu məqsədlə nazir Azad Rəhimov Rusiyada rəsmi səfərdədir.

Moskvanın "Redisson Royal, Moskva" mehmanxanasının konqres-parkında baş tutacaq tədbirdə 450-dən çox qonağın iştirakı gözlənilir. Təqdimat mərasimi çərçivəsində qonaqlar həmçinin ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə də tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi