Yuxarı

"Bakı-2015"ə Rusiya yığmasının əsas komandası gəlməyəcək

Yeni yaradılan komandaya Vadim Pankov baş məşqçi təyin olunub

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiyanın voleybolçu qadınlardan ibarət yığma komandası iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına əsas heyətlə qatılmayacaq. "Report"un məlumatına görə, bu barədə "R-Sport"a Ümumrusiya Voleybol Federasiyasının (VFV) baş meneceri Vladislav Fadeyev açıqlama verib. 

Onun sözlərinə görə, Azərbaycan paytaxtına ölkənin ikinci yığması gələcək. Yeni yaradılan komandaya Vadim Pankov baş məşqçi təyin olunub. V.Pankov 2007-ci ildən "Zareçye" klubunda eyni vəzifədə çalışır. Onun qarşısına ikinci yığmanı 3 beynəlxalq yarışa hazırlamaq vəzifəsi qoyulub. Bunlar I Avropa Oyunlarından əlavə, İsveçrənin Montre şəhərində keçiriləcək "Volley Masters" turniri və Cənubi Koreyada təşkil olunacaq Universiadadır. 

Qeyd edək ki, "Bakı-2015"ə iyunun 28-də yekun vurulacaq. Rusiya yığması dünyanın ən güclü voleybol komandalarından sayılır. Bu komanda 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi