Yuxarı
    Bağlamaq

    ​Rusiya çimərlik futbolu yığmasının üç üzvü "Bakı-2015"in səfiri olub

    Yığmanın kapitanı: Çox istərdim ki, ilk Avropa Oyunlarında qalib olum

    Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın çimərlik futbolu üzrə yığma komandasının oyunçuları Andrey Buxlitski, İlya Leonov və Anton Şkarin Bakıda keçiriləcək I Avropa Oyunlarının beynəlxalq səfirləri olublar.

    "Report" TASS-a istinadən xəbər verir ki, hazırda komanda Soçidə təlim-məşq toplanışındadır.

    "Avropa Oyunları bizim üçün yeni pillədir və Oyunların səfiri olmaq böyük şərəfdir. Mən hələ orada olmamışam, lakin əminəm ki, möhtəşəm hadisə olacaq", - deyə qapıçı Buxlitski qeyd edib.

    Komandanın kapitanı Leonov bildirib ki, Avropa Oyunlarında qələbə yığma üçün dünya çempionluğundan daha əhəmiyyətli olacaq.

    "Çox istərdim ki, ilk Oyunların qalibi olaq. Mən əminəm ki, bu uğur Dünya Çempionatında qalibiyyətə nisbətdə daha çox əks-sadə yaradacaq. Nə qədər olmasa da, biz artıq ikiqat dünya çempionlarıyıq və üçüncü dəfə bu təkrarlansa azarkeşlər o qədər də təəccüblənməyəcəklər. Lakin Bakıda qələbə qazansaq onlar çox sevinəcəklər", - deyə Leonov vurğulayıb.

    Bakıda Avropa Oyunlarında çimərlik futbolu üzrə turnir 24-28 iyun tarixlərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi