Yuxarı
    Bağlamaq

    Rusiya "Bakı 2015"də medal sayına görə vaxtından əvvəl birincilik əldə edib

    Komandanın hesabında 123 medal var

    Bakı. 26 İyun. REPORT.AZ/ Rusiya Bakıda keçirilən I Avropa Oyunlarında medal sayına görə vaxtından əvvəl birincilik əldə edib.

    "Report" xəbər verir ki, yarışların bitməsinə 3 gün qalmış Rusiya komandasının hesabında 59 qızıl, 32 gümüş və 32 bürünc olmaqla 123 medal var.

    Onun yaxın izləyiciləri Azərbaycan (15 qızıl, cəmi 46), Böyük Britaniya (14, 34), Almaniyadır(13, 47).

    Hazırda oynanılmamış 59 dəst medal qalıb, lakin heç bir ölkə lideri ötə biləcək qədər qızıl qazanmağa namizəd deyil.

    Ruslar daha 50, almanlar 37, azərbaycanlılar 32, britaniyalılar isə 28 qızıl medala namizəddirlər.

    Yarışlar iyunun 28-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi