​Rafael Ağayev: "Bu, bütün Azərbaycanın qələbəsi olacaq"

​Rafael Ağayev: "Bu, bütün Azərbaycanın qələbəsi olacaq" "Hər bir azərbaycanlı idmançının arzusu Avropa Oyunlarında çıxış etməkdir"
Avropa Oyunları
21 Fevral , 2015 09:32
​Rafael Ağayev: Bu, bütün Azərbaycanın qələbəsi olacaq

Bakı. 21 fevral. REPORT.AZ/ "Başda özüm olmaqla, hər bir azərbaycanlı idmançının arzusu Avropa Oyunlarında çıxış etməkdir. Biz Oyunlara tam heyətlə hazırlaşırıq və məşqlərimiz davam edir". "Report"un məlumatına görə, bunu Azərbaycan Karate Federasiyasının rəsmi saytına müsahibəsində karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Rafael Ağayev deyib.

Çempion I Avropa Oyunlarına hazırlıqların bir gün belə dayanmadığını bildirib. O, Azərbaycan xalqı qarşısında çıxış edərkən qalib olacaqlarına inandığını söyləyib: "Hansı idmançı Avropa Oyunlarında çıxış edəcəksə, onlara uğurlar arzu edirəm. Biz Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirəcəyik. Bu, tək mənim və ya hansısa bir idmançının qələbəsi yox, bütün Azərbaycanın qələbəsi olacaq".

Qeyd edək ki, I Avropa Oyunlarında iki gün (13-14 iyun) davam edəcək karate yarışları medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Ümumilikdə 48 kişi və 48 qadın idmançı tatami üzərinə çıxacaq.

Son xəbərlər

Orphus sistemi