Yuxarı

​Radik İsayev: Qalibiyyəti valideynlərimə həsr edirəm

Final döyüşüm çətin oldu. Amma sevinirəm ki, qalib oldum

Bakı. 19 İyun. REPORT.AZ/ "Final döyüşüm çətin oldu. Rəqibim çox güclü idi. Amma sevinirəm ki, qalib oldum".

"Report" xəbər verir ki, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarında 80 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Azərbaycan taekvondoçusu Radik İsayev bildirib.

O, həmçinin azarkeşlərə dəstəyə görə minnətdarlıq edib:

"Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Məşqçilərimə, valideynlərimə çox sağ ol deyirəm. Revanş almaq istəyirdim, amma heç kim nələrin olduğunu bilmir. Çox xoşbəxtəm. Bir həftə istirahət edəcəyəm. Yoldaşımı və anamı görəcəyəm. İndi yalnız istirahət etmək haqda düşünürəm. Daha sonra geri dönəcəyəm. Qalibiyyəti valideynlərimə həsr edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi