Qadınlar arasında 25 metrdən tapançadan atəş açma üzrə təsnifat yarışları başa çatıb

Qadınlar arasında 25 metrdən tapançadan atəş açma üzrə təsnifat yarışları başa çatıb Azərbaycanlı idmançı İradə Aşumova 17-ci yerdədir
Avropa Oyunları
19 İyun , 2015 11:42
Qadınlar arasında 25 metrdən tapançadan atəş açma üzrə təsnifat yarışları başa çatıb

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları çərçivəsində qadınlar arasında 25 metrdən tapançadan atəş açma üzrə təsnifat yarışları başa çatıb. "Report" xəbər verir ki, 6 cəhdin nəticələrinə görə, birinci yerdə avstriyalı idmançı Silviya Ştayner qərarlaşıb. O, 295 xal toplayıb. İkinci yeri Bolqarıstan nümayəndəsi Antoaneta Boneva (293 xal), üçüncü yeri isə - ukraynalı Olena Kosteviç (292 xal) tutub. 

Azərbaycanlı idmançı İradə Aşumova 286 xal toplayaraq, 17-ci yeri tutub. 

Son xəbərlər

Orphus sistemi