Qadın boksçularımız Samsunda mübarizəyə başlayıblar

Qadın boksçularımız Samsunda mübarizəyə başlayıblar Olimpiya Oyunlarının Avropa qitəsi üzrə lisenziya xarakterli boks turnirinə start verilib
Avropa Oyunları
10 Aprel , 2016 23:21
Qadın boksçularımız Samsunda mübarizəyə başlayıblar

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin Samsun şəhərində keçirilən Olimpiya Oyunlarının Avropa qitəsi üzrə lisenziya xarakterli boks turnirinə start verilib.

"Report"un məlumatına görə, qadınlardan və kişilərdən ibarət milli komandalarımızın qatıldığı yarışın ilk günündə qadın boksçularımız rinqə çıxıblar.

Mustafa Dağıstanlı adına İdman Mərkəzində keçirilən turnirdə 51 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Anaxanım Ağayeva ilk görüşünü moldovalı Yuliya Koroliyə qarşı keçirib. İdmançımız rəqibinə məğlub olaraq mübarizəni dayandırıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Yana Alekseyevna isə ilk görüşünü qalibiyyətlə başa vurub. 

Böyük Britaniya boksçusu Çantel Kameronla qarşılaşan idmançımız rəqibini məğlubiyyətə uğradıb. 75 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Yelena Vstropova isə ilk döyüşünü aprelin 11-də türkiyəli Sema Çalışkana qarşı keçirəcək.

Qeyd edək ki, Avropa Oimpiya təsnifat yarışında 38 ölkədən 207 kişi, 56 qadın olmaqla, ümumilikdə, 263 boksçu qalib adı uğrunda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi