Yuxarı

​Vladimir Putin "Bakı 2015"də çıxış edən Rusiya idmançılarına təbrik ünvanlayıb

I Avropa Oyunlarında Rusiya yığması 162 medal qazanıb

Bakı. 28 iyun. REPORT.AZ/ "Yığma komandamız "Bakı 2015" I Avropa Oyunlarında vacib yüksəkliyi əldə edərək, idman tariximizə yeni parlaq səhifə yazdı. Sizi təbrik edirəm! Afərin!"

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Bakı2015" I Avropa Oyunlarında iştirak edən rusiyalı idmançılara ünvanladığı təbrikdə bildirib.

"Əminəm ki, bu, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiada Oyunlarında Rusiya komandasının uğurlu çıxışı üçün zəmin olacaq", - o, vurğulayıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Rusiya yığması 162 medal qazanaraq qızıl medal sayında ilk yeri tutub. Onların 78-i qızıl, 40-ı gümüş, 44-ü bürüncdür. Ondan sonrakı yerdə isə 56 medalla (21 qızıl, 15 gümüş, 20 bürünclə) Azərbaycan komandası gəlir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi