​Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış olub

​Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış olub Azərbaycan Prezidenti işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib
Avropa Oyunları
25 Noyabr , 2014 16:09
​Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə tanış olub
Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub. “Report”un xəbərinə görə, Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə maraqlanıb.

Dövlət başçısı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.

Son xəbərlər

Orphus sistemi