​Prezident: "I Avropa oyunları yaxınlaşdıqca bu tədbiri nüfuzdan salmaq üçün açıq şəkildə cəhdlərin olduğunu görürük"

​Prezident: "I Avropa oyunları yaxınlaşdıqca bu tədbiri nüfuzdan salmaq üçün açıq şəkildə cəhdlərin olduğunu görürük" "Bu bizdə yalnız təəccüb və heyrət doğurur"
Avropa Oyunları
2 May , 2015 12:45
​Prezident: I Avropa oyunları yaxınlaşdıqca bu tədbiri nüfuzdan salmaq üçün açıq şəkildə cəhdlərin olduğunu görürük

Bakı. 2 may. REPORT.AZ/ "Biz ümid edirik ki, I Avropa oyunları bütün Avropadan olan idmançılar üçün bayram olacaq. Bu hadisə bizim üçün  böyük məsuliyyətdir. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" kanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Azərbaycan bu oyunların keçirilməsi üçün yeganə namizəd idi: "Biz o zaman razılıq verməsəydik, bəlkə də bu ideya yalnız ideya olaraq qalardı".

"I Avropa oyunları yaxınlaşdıqca bu tədbiri nüfuzdan salmaq üçün açıq şəkildə cəhdlərin edildiyinin şahidi oluruq. Bu bizdə yalnız təəccüb və heyrət doğurur", - prezident vurğulayıb.

Onun sözlərinə görə, bu cəhdlər çərçivəsində ölkənin bu oyunların təşkili üçün xərclədiyi hansısa "astronomik rəqəmlər" göstərilir: "Oyunları keçirmək üçün əməliyyat xərclərinə cəmi bir neçə yüz milyon xərclənib. İdman obyektlərinə gəldikdə, onların 90%-i oyunların keçirilməsi haqqında qərarın qəbul olunmasına qədər tikilib və ya tikintisi başlayıb, yəni həmin obyektləri biz sırf bu oyunlar üçün tikməmişik. Nəqliyyat infrastrukturu bundan əvvəl inkişaf etdirilib. Buna görə də bu yalan, düşmənçilik və nifrət kampaniyası indi bizə qarşı yönəlib.

Lakin bu əsas deyil.  Əsas odur ki, biz dostluq bayramı, idman bayramı təşkil edəcəyik. Mən buna əminəm", - Azərbaycan Prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi