​Prezident "Bakı-2015"də qalib gələn Radik İsayevə qızıl medalı təqdim edib

​Prezident "Bakı-2015"də qalib gələn Radik İsayevə qızıl medalı təqdim edib Qalib idmançının şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib
Avropa Oyunları
19 İyun , 2015 22:59
​Prezident Bakı-2015də qalib gələn Radik İsayevə qızıl medalı təqdim edib

Bakı. 19 İyun. REPORT.AZ/ Bu gün "Bakı-2015" I Avropa Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına yekun vurulub.

"Report" xəbər verir ki, turnirin son günü Azərbaycan təmsilçisi Radik İsayev (+80 kq) tatami üzərinə çıxaraq rusiyalı rəqibi Vladislav Larini məğlub edib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Sonra mükafatlandırma mərasimi olub.

Prezident İlham Əliyev qalib idmançılara medalları təqdim edib.

Qalib idmançının şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

Son xəbərlər

Orphus sistemi