Yuxarı

Patrik Hikki: "Növbəti Avropa Oyunlarına namizədlərdən 2-si 2023-cü il Oyunlarına iddiaçı idi"

EOC prezidenti Türkiyə variantını şərh etmək istəməyib

Bakı. 21 iyun. REPORT.AZ/ 2019-cu il II Avropa Oyunlarını keçirməyə 7 mümkün namizəd var. "Report"un məlumatına görə, bunu "Reuters"ə Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki deyib.

İrlandiyalı funksioner bildirib ki, Bakıdakı ilk Oyunların uğurlu alındığını görən bir çox ölkə öz adını namizədlər siyahısına yazdırmaq istəyib: "Hollandiyanın imtinasından sonra əvvəlki 5 namizədlə danışıqlara başlanılıb. Üstəlik, 2 iddiaçı bura əlavə olunub". 

Lakin P.Hikki müəyyən müddətədək qərar qəbul etməyəcəklərini açıqlayıb: "Hollandiyanın ev sahibliyini qazanmasından sonra 2 ölkə iddiasını 2023-cü il Avropa Oyunlarına saxlamışdı. Amma Hollandiyanın imtinası səbəbindən onları da 2019-cu il Oyunlarına namizədlər sırasına daxil etdik. Qalan namizədlər isə danışıqların bərpasını xahiş etdi".

EOC prezidenti, həmçinin namizədlərdən birinin Türkiyə olmasına dair xəbərlərə şərh verməkdən imtina edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi