Patrik Hikki: "Bizim yeniliklər özünü doğrultdu"

Patrik Hikki: "Bizim yeniliklər özünü doğrultdu" "Karate olmasaydı, bu, medal sayına təsir göstərərdi"
Avropa Oyunları
28 İyun , 2015 16:24
Patrik Hikki: Bizim yeniliklər özünü doğrultdu

Bakı. 28 iyun. REPORT.AZ/ Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikki "Bakı 2015" I Avropa Oyunlarının medal sıralamasının real vəziyyəti nə dərəcədə əks etdirdiyinə dair məsələyə aydınlıq gətirib. İrlandiyalı funksioner "Report"a açıqlamasında idman növləri siyahısına tətbiq olunan innovasiyalar sayəsində Azərbaycanın ikinci yeri tutduğunu bildirib.

Onun fikrincə, hər bir ölkə bacardığı qədər medal qazanmağa çalışır. Bu baxımdan P.Hikki Rusiyanın həddən artıq medal qazanması fikri ilə razılaşmayıb. Digər tərəfdən, EOC prezidenti müxtəlif idman növləri arasında səviyyə fərqinin olduğunu vurğulayıb: "Bu, Avropa Oyunları olduğundan, müxtəlif idman növlərində səviyyə fərqlidir. Azərbaycan üçün ən yaxşı məqam o oldu ki, karate kimi ilk dəfə təmsil olunan idman növləri Azərbaycana Oyunların ilk günlərində medal qazanmağa imkan açdı. Məsələn, karate olmasaydı, bu, medal sayına təsir göstərərdi. Beləliklə, bizim yeniliklər özünü doğrultdu ki, bu da Bakıda baş verdi. Biz buna görə şadıq".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Rusiya indiyədək 78 qızıl, 40 gümüş, 44 bürünc medalla birinci, Azərbaycan isə 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci yeri təmin edib.

Son xəbərlər

Orphus sistemi