​Patrik Hikki: "Bakıda keçirilmiş birinci Avropa Oyunları AOK üçün mühüm mərhələdir"

​Patrik Hikki: "Bakıda keçirilmiş birinci Avropa Oyunları AOK üçün mühüm mərhələdir" "Bu gözəl 17 gün Avropa Olimpiya Komitələrinin işinə böyük maraq oyadıb"
Avropa Oyunları
4 Yanvar , 2016 14:30
​Patrik Hikki: Bakıda keçirilmiş birinci Avropa Oyunları AOK üçün mühüm mərhələdir

Bakı. 4 yanvar. REPORT.AZ/ Ötən ilin iyun ayında Azərbaycanın paytaxtı Bakıda keçirilmiş birinci Avropa Oyunları Avropa Olimpiya Komitəsi (AOK) üçün mühüm hadisə olub. "Report"un verdiyi xəbərə görə, bu barədə AOK-un prezidenti Patrik Hikki Komitənin fəaliyyətinin nəticələrinə həsr olunmuş məqaləsində bildirib.

"Sözsüz ki, ötən il Avropa Bakıda birinci Avropa Oyunlarını keçirməklə dünyada keçirilən kontinental oyunlara beşinci halqanı əlavə edə bilib. Bu gözəl 17 gün Avropa Olimpiya Komitələrinin işinə əvvəlki təşəbbüslərlə və proqramlarla müqayisədə daha böyük maraq oyadıb. Bu möhtəşəm hadisə AOK və Azərbaycan Olimpiya Komitəsi üçün mühüm mərhələdir", - P.Hikki bildirib. 

Son xəbərlər

Orphus sistemi