Yuxarı

Patrik Hikki Avropa Oyunları ilə əlaqədar müraciət ünvanlayıb

İndi bizi bu arzunun həyata keçirilməsindən təqribən 6 ay vaxt ayırır

Bakı. 8 yanvar. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikkinin Yeni İl münasibətilə mesajı yayımlanıb. "Report"un məlumatına görə, müraciətdə irlandiyalı funksioner 20 ildir irəli sürülən Avropa Oyunları ideyasının həyata keçməsi üçün məhz bu ili səbirsizliklə gözlədiklərini bildirib. 

2015-ci ili qitə idmanı üçün ailəvi il adlandıran P.Hikki Avropa üçün multi-idman oyunlarının keçirilmə ideyasının EOC-un hazırkı fəxri prezidenti Jak Roqqe tərəfindən irəli sürüldüyünü xatırladıb: "İndi bizi bu arzunun həyata keçirilməsindən təqribən 6 ay vaxt ayırır. İyunun 12-də gözəl Bakı şəhərində Avropa Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Bu mərasim EOC-a üzv 50 ölkədən 6000-dən çox idmançının 17 yarış gününün başlamasından xəbər verəcək".

EOC prezidenti bildirib ki, Avropa Oyunlarının məqsədi üzv ölkələrin milli olimpiya komitələrinin və idmançılarının konkret tələbatlarına xidmət göstərməkdən ibarətdir. Bunun üçün yeni maliyyə mənbələrinin tapılması, Yay Olimpiya Oyunlarına seçim, bahalı və yorucu səfər qrafikinin azaldılması, idmançılara olimpiadadan cəmi bir il öncə yüksək təzyiq altında rəqabətə öyrəşmək imkanı verilib. 

EOC-un Koordinasiya Komissiyasının Bakıda növbəti və son səfərinin fevralda keçiriləcəyini bildirən P.Hikki komissiya sədri Spiros Kapralosun gözəl hesabat təqdim edəcəyinə əminliyini vurğulayıb. O, elə hazırlığın başlanğıcından Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tam dəstəyini gördüklərini bildirib. Avropalı idman funksioneri gənclər və idman naziri Azad Rəhimovun "Bakı-2015"in Əməliyyat Komitəsinə bacarıqla rəhbərlik etdiyini diqqətə çatdırıb. P.Hikki I Avropa Oyunlarını həqiqətən də fantastik tədbirə çevirmək üçün hamını səylə çalışmağa çağırıb. 

EOC prezidenti Beynəlxalq Olimpiya Komitəsinin ötən ay Monakoda keçirilmiş sessiyasında Kosovo Olimpiya Komitəsinin tamhüquqlu üzv kimi tanınması barədə qərarı alqışlayıb. P.Hikkinin fikrincə, bu, idmanı sosial inkişaf və sağlam həyat tərzi üçün alət kimi istifadə etməyə çalışan gənc ölkə üçün düzgün qərardır: "Artıq Kosovo Avropa Olimpiya ailəsinin bir hissəsidir və bu səbəbdən, "Bakı-2015"də iştirakı təklif olunub. Biz kosovolu idmançılardan iyunda Avropanın müxtəlif ölkələrindən olan bacı və qardaşları ilə çiyin-çiyinə mübarizə aparmalarını gözləyirik". 

Sonda EOC prezidenti fantastik ilə çevriləcəyini gözlədiyi 2015-ci ildə hamıya uğur və əmin-amanlıq arzulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi