Çingiz Hüseynzadə: "Öz əməllərimizlə qarayaxma kampaniyasını keçirənlərə cavab verdik"

Çingiz Hüseynzadə: "Öz əməllərimizlə qarayaxma kampaniyasını keçirənlərə cavab verdik" "Bütün Avropa ölkələri bu Oyunlarda iştirak edib"
Avropa Oyunları
26 İyun , 2015 16:25
Çingiz Hüseynzadə: Öz əməllərimizlə qarayaxma kampaniyasını keçirənlərə cavab verdik

Bakı. 26 iyun. REPORT.AZ/ "Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının heç bir əhəmiyyəti yoxdur. Biz Avropa Oyunları ilə təsdiq etdik ki, haqlı bizik, biz idman yarışlarını keçirə bilərik. Bütün Avropa ölkələri bu Oyunlarda iştirak edib, bir çox dövlətlərin başçıları da buraya gəlib, açılış mərasimində iştirak edib".

"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

MOK-un vitse-prezidenti xatırladıb ki, hazırda I Avropa Oyunlarında 50 iştirakçı ölkədən 43-ü medal qazanıb: "Bu da çox vacibdir. Öz əməllərimizlə qarayaxma kampaniyasını keçirənlərə cavab verdik".

Son xəbərlər

Orphus sistemi