​Olimpiya çempionu Azərbaycan DİN-də rəis vəzifəsinə təyin olunub

​Olimpiya çempionu Azərbaycan DİN-də rəis vəzifəsinə təyin olunub Zemfira Meftahətdinova I Avropa Oyunlarında da iştirak edəcək
Avropa Oyunları
12 Mart , 2015 17:59
​Olimpiya çempionu Azərbaycan DİN-də rəis vəzifəsinə təyin olunub

Bakı. 12 mart. REPORT.AZ/ Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub. 

"Report"un məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.

Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.

Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Son xəbərlər

Orphus sistemi