Nikolay Banikoe: "Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm".

Nikolay Banikoe: "Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm". Belarus yığma komandasının baş məşqçisi Nikolay Nikolayeviç Banikoe yarışların əhəmiyyəti haqda fikirlərini bölüşüb
Avropa Oyunları
14 İyun , 2015 19:22
Nikolay Banikoe: Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm.

Bakı. 14 iyun. REPORT.AZ/ Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçirilən avarçəkmə yarışlarında iştirak edən Belarus yığma komandasının baş məşqçisi Nikolay Nikolayeviç Banikoe yarışların əhəmiyyəti haqda fikirlərini bölüşüb.

Report xəbər verir ki, baş məşqçi Nikolay Banikoe komandasının birinci Avropa Oyunlarında iştirak etməsindən məmnunluğunu bildirərək deyib: “İlk Avropa Oyunlarının çox maraqlı idman hadisəsi olduğuna əminəm. Çox şadam ki, Mingəçevirdə bu heyrətamiz Oyunlarda bizim komanda da iştirak edir. Belarusdan bura 14 idmançı ilə (10 kişi və 4 qadın) gəlmişik. Mingəçevirdə hər şey çox mükəmməldir. Oyunların sonadək maraqlı və əla olacağına ümid edirəm”.

Baş məşqçi bu yarışlarda yetişdirdiyi idmançıların da mükafat qazanmasını istədiyini bildirib.

“İki atletimiz, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçıları Aleksandr Baqdanoviç və Andrey Baqdanoviç bu gün yarışda iştirak edirlər. Onlar yarışların birinci mərhələsində finişə ikinci çatdılar. Bu yarışlar yüksək səviyyəli və məsuliyyətli yarışlardı. Biz oyunlardan öncə təlim-məşqlər zamanı öz gücümüzü bildik. Əlavə edim ki, bu yarış iştirakçılarının hamısı Avropada avarçəkmə idmanı üzrə ən güclü olanlardı. Yarışda idmançılar arasında güclü rəqabət var. Demək olar ki, qayıqlar bir-birindən cəmi bir-iki saniyə fərqlə finiş xəttini keçirlər. İnanıram ki, medal qazana bilərik”. 

Son xəbərlər

Orphus sistemi