Yuxarı

Niderland İkinci Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu bildirib

Ölkənin Olimpiya Komitəsinin nümayəndələri AOK Şurasına öz niyyətləri haqqında xəbərdar ediblər

Bakı. 30 dekabr. REPORT.AZ/ Niderland 2019-cu ildə İkinci Olimpiya Oyunlarını keçirməyə hazır olduğunu bildirib.

"Report" Niderland Olimpiya Komitəsinin (NOC NSF) rəsmi saytına istinadən xəbər verir ki, Ölkənin Olimpiya Komitəsinin nümayəndələri Avropa Olimpiya Komitəsi (AOK) Şurasını öz niyyətləri haqqında xəbərdar ediblər.

"İkinci Avropa Oyunlarını Niderlandda keçirmək yaxşı olardı. 2013-cü ildə Utrextdə gənclər arasında Avropa oyunları da daxil olmaqla, son 20 ildə idman hadisələrinin uğurla keçirilməsindən sonra  biz bu cür böyük idman tədbirinin təşkil olunmasına hazırıq", - NOC NSF sədri Andre Bolius bildirib. 

Qeyd edək ki, Birinci Olimpiya Oyunları 2015-ci il iyun ayının 12-28-də Bakıda keçiriləcək. Oyunlarda idmanın 20 növündə 6000-ə yaxın atlet mübarizə aparacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi