Bakı. 29 iyun. REPORT.AZ/ "“
O bildirib ki, Oyunların büdcəsi 960 milyon manat olub: “Bu da müxtəlif istiqamətlərə xərclənib. İşçilərin maaşları, texnologiyalar, kompüterlər, serverlər, o cümlədən açılış və bağlanış da bura daxildir. Büdcədən bir manat da kənara çıxmamışıq. Manatın devalvasiyası ilə əlaqədar xarici valyuta ilə ölkəyə gətirilən məhsullarda 134 milyon manat əlavə vəsait yaranmışdı. Amma dövlətdən 960 milyon manatdan əlavə pul istəyə bilməzdik. Bəzi xərclərə qənaət etdik”.
Olimpiya Stadionunun sonrakı aqibətinə aydınlıq gətirən nazir qeyd edib ki, ora böyük müəssisədir: “Onun ətrafında olan parkın saxlanılmasına böyük vəsait tələb oluna bilər. Oradakı bəzi ofislərin kirayə verilməsi və ya konsertlərin keçirilməsi barədə danışıqlar gedir. Hələlik heç nə məlum deyil. Büdcədən əlavə vəsait tələb edə bilərik ki, həmin müəssisələri saxlaya bilək. Belə bir praktikamız var ki, Mingəçevirdəki Kür Olimpiya mərkəzinə 450 min manat dövlətdən xahiş etdik. Nazirlər Kabneti də bu vəsaiti verdi. Bu da bir il üçün oldu. Sonradan məkan öz işini doğrulda bildi”.
A.Rəhimov, həmçinin idmanı siyasətlə qarışdıranlara da cavab verib: “İdmanı siyasətlə qarışdırmaq olmaz. Hər bir olimpiyada da bu siyasət özünü başqa formada büruzə verir. Londonda evlərin köçürülməsi, Soçidə seksual azlıqların qarşıdurması halları olmuşdu. Amma Azərbaycan tam şəkildə idmançıların gəlişi, eləcə də Avropa ölkələri rəhbərlərinin, rəsmi şəxslərin açılış mərasimində iştirakı, hətta dünən 1 prezident, 2 parlament sədrinin Bakıya gəlməsi bir daha sübut edirdi ki, idmanı siyasətlə qarışdırmaq düzgün deyil. Bu şansdan çoxlu təşkilatlar istifadə etmək istəyərdilər ki, bizə aid olmayan məsələlərə toxunulsun. Amma biz buna imkan vermədik. Müsbət yazan insanlar daha çox idi, nəinki əleyhinə çıxanlar”.