Yuxarı

Nazir: "Azərbaycan Bakı-2015-də Ermənistan tərəfinə lazımi təhlükəsizlik təminatı verəcək"

Ermənilər burada təhlükəsizlik probleminin olmadığını bilə-bilə bunu şişirdirlər

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Bakı-2015 I Avropa Olimpiya Oyunlarında Ermənistan tərəfinə lazımi təhlükəsizlik təminatı verəcək. "Report"un xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında bəyan edib.

"Heç vaxt ermənilən iştirakına məhdudiyyət qoymamışıq. Açığı, ermənilər burada təhlükəsizlik probleminin olmadığını bilə-bilə bunu şişirdirlər. Amma özləri gəlib-gördülər", - nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi