​Nazir Azad Rəhimov: “İlhamə xanım qaça bilməsə də, hərəkət edəcək”

​Nazir Azad Rəhimov: “İlhamə xanım qaça bilməsə də, hərəkət edəcək” “Xalq artisti Əlibaba Məmmədov dedi ki, məşəli daşımaq çox çətindir”
Avropa Oyunları
2 İyun , 2015 11:06
​Nazir Azad Rəhimov: “İlhamə xanım qaça bilməsə də, hərəkət edəcək”

Bakı. 2 iyun. REPORT.AZ/ “Çox təəccüblənirəm ki, niyə xalq artisti İlhamə Quliyeva ətrafında müzakirələr aparılır?! Çünki İlhamə xanım sevimli müğənnidir. Ona görə də o, 150 məşəl daşıyanlardan biri olacaq. Qaça bilməsə də, hərəkət edəcək”. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var: “Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Rayonlara müraciət etdikdən sonra ictimaiyyəti əhatə edən insanların adlarının siyahısı bizə təqdim olundu. Siyahılarda təkcə idmançıların yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Misal olaraq, xalq artisti Əlibaba Məmmədova da məşəli daşımağı təklif etsək də, o səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini dedi”.

Son xəbərlər

Orphus sistemi