"Minsk 2019": Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal qazanıb - FOTO

"Minsk 2019": Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal qazanıb - FOTO Azərbaycan cüdoçusu Hidayət Heydərov Minsk 2019 II Avropa Oyunlarında bürünc medal qazanıb.
Avropa Oyunları
137
23 İyun , 2019 18:28
Minsk 2019: Azərbaycan cüdoçusu Hidayət Heydərov bürünc medal qazanıb - FOTO
Foto: "Report"

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb. 

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq çəkidə yer alan Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

Bu, Azərbaycan idmançılarının "Minsk 2019"da 5-ci medalı olub. 73 kq çəkidə final görüşündə isə Rüstəm Orucov finalda isveçli Tomas Masiasla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi