"Minsk 2019": Hacımurad Hacıyev bürünc medal qazanıb

"Minsk 2019": Hacımurad Hacıyev bürünc medal qazanıb Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev Minsk 2019 II Avropa Oyunlarında bürünc medal qazanıb.
Avropa Oyunları
26 İyun , 2019 20:29
Minsk 2019: Hacımurad Hacıyev bürünc medal qazanıb

Azərbaycan sərbəst güləşçisi Hacımurad Hacıyev "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, 74 kq çəkidə yer alan Hacıyev 3-cü yer uğrunda görüşdə ukraynalı Vasili Mixaylovu məğlub edib.

Bu, Azərbaycanın "Minsk 2019"da 13-cü medalı olub. Medallardan 1-i qızıl, 4-ü gümüş, 8-i bürüncdür.

Daha əvvəl Hacı Əliyev (65 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala yüksəlib. Bu gün daha 3 sərbəst güləşçi bürünc medal uğrunda yarışacaq.

Son xəbərlər

Orphus sistemi