"Minsk 2019": Cavid Çələbiyev 1/4 finala çıxıb

"Minsk 2019": Cavid Çələbiyev 1/4 finala çıxıb Azərbaycan boksçusu Cavid Çələbiyev “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Avropa Oyunları
25 İyun , 2019 15:46
Minsk 2019: Cavid Çələbiyev 1/4 finala çıxıb

Azərbaycan boksçusu Cavid Çələbiyev “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda moldovalı Dorin Buska ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

Çələbiyev 1/4 finalda Yordan Rodriqez (Fransa) - Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə döyüşəcək. 

Son xəbərlər

Orphus sistemi