"Minsk 2019": Bu gün sərbəst güləşçilər mübarizəyə qoşulur

"Minsk 2019": Bu gün sərbəst güləşçilər mübarizəyə qoşulur Bu gün Azərbaycanın sərbəst güləşçiləri “Minsk 2019” II Avropa Oyunlarında mübarizəyə başlayacaqlar.
Avropa Oyunları
161
25 İyun , 2019 10:26
Minsk 2019: Bu gün sərbəst güləşçilər mübarizəyə qoşulur

Bu gün Azərbaycanın sərbəst güləşçiləri “Minsk 2019” II Avropa Oyunlarında mübarizəyə başlayacaqlar.

“Report” xəbər verir ki, beşinci yarış günündə üçqat dünya və Avropa çempionu Hacı Əliyevlə (65 kq) Nurmaqomed Qadjiyev (97 kq) istisna olmaqla qalan güləşçilər döşək üzərinə çıxacaq. Onlar isə iyunun 26-da bacarıqlarını nümayiş etdirəcəklər.

Azərbaycan idmançıları bu gün həmçinin güllə atıcılığı, cüdo, kamandan oxatma, velosiped, boks, badminton və gimnastika növlərində də qüvvələrini sınayacaqlar.

Güllə atıcılığı

Qadınlar, kiçikçaplı tapança, 25 m

10:00. Nigar Nəsirova

Cüdo

Qarışıq komanda yarışı

11:30. Azərbaycan - Fransa

Kamandan oxatma

Qadınlar, fərdi yarış, 1/32 final

12:00. Ozay Qasımova - Elena Rixter (Almaniya)

Sərbəst güləş

57 kq, 1/8 final

12:10. Mahir Əmiraslanov - Georgi Vangelov (Bolqarıstan)

74 kq, 1/8 final

12:40. Hacımirad Hacıyev - Soner Demirtaş (Türkiyə)

86 kq, 1/8 final

13:00. Aleksandr Qostiyev - Denis Balaur (Moldova)

125 kq, 1/8 final

13:30. Cəmaləddin Məhəmmədov - Vitali Piasniak (Belarus)

Velosiped

Şosse, fərdi yarış

14:00. Samir Cəbrayılov və Elçin Əsədov

Boks

Kişilər

60 kq, 1/8 final

15:30. Cavid Çələbiyev - Dorin Buska (Moldova)

81 kq, 1/8 final

17:00. Alfonso Dominges - Mixail Dolqolevets (Belarus)

49 kq, 1/4 final

20:15. Rüfət Hüseynov - Federiko Serra (İtaliya)

Badminton

Kişilər, qrup mərhələsi

G qrupu, II tur

20:10. Azmi Qovumuramadhoni - Robet Mann (Lüksemburq)

Gimnastika

Batut, kişilər, fərdi yarış

21:05.Ruslan Ağamirov və İlya Qrişunin

Qeyd edək ki, hesabından 4 gümüş və 7 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 24-cü pillədədir. Yığmanın heyətində akrobatlar - Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovdan ibarət cütlük qarışıq komanda yarışlarında 3 medal qazanıb. Onlar kombinə olunmuş və dinamik hərəkətlərdə 2-ci, balanslı hərəkətlərdə isə 3-cü olublar. Həmçinin Rüstəm Orucovla (cüdo, 73 kq) Ağasif Səmədov (sambo, 52 kq) gümüş, Hidayət Heydərdov (cüdo, 73 kq), Məmmədəli Mehdiyev (cüdo, 90 kq), Elmar Qasımov (cüdo, 100 kq) və İrina Kindzerska (cüdo, +78 kq), Mehman Xəlilov (sambo, 57 kq) və Emil Həsənov (sambo, 68 kq) bürünc medal əldə ediblər.

Medal sıralamasına 22 qızıl, 12 gümüş və 14 bürünclə Rusiya komandası başçılıq edir.

Son xəbərlər

Orphus sistemi