"Minsk 2019": Azərbaycanlı dünya çempionu mübarizəni dayandırıb

"Minsk 2019": Azərbaycanlı dünya çempionu mübarizəni dayandırıb Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.
Avropa Oyunları
26 İyun , 2019 21:51
Minsk 2019: Azərbaycanlı dünya çempionu mübarizəni dayandırıb

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının növbəti qarşılaşmaları keçirilib.

"Report"un Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, “Uruçye Arena”da 1/4 final mərhələsinin döyüşündə Azərbaycan yığmasının daha bir üzvü rinqə çıxıb. 60 kq çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev Gürcüstan idmançısı Otar Eranosyanla qarşılaşıb. Azərbaycanlı dünya çempionu 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bu gün daha bir Azərbaycan boksçusu 1/4 final döyüşünü keçirəcək. Alfonso Dominges (81 kq) rinqə çıxacaq. Lorenso Sotomayor (69 kq) isə artıq yarımfinala yüksəlib.

Son xəbərlər

Orphus sistemi