"Minsk 2019": Azərbaycanın qadın karateçisi yarımfinala yüksəlib

"Minsk 2019": Azərbaycanın qadın karateçisi yarımfinala yüksəlib Azərbaycanın qadın karateçisi İrina Zaretska Minsk 2019 II Avropa Oyunlarında yarımfinala yüksəlib.
Avropa Oyunları
142
29 İyun , 2019 13:15
Minsk 2019: Azərbaycanın qadın karateçisi yarımfinala yüksəlib

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Minsk 2019" II Avropa Oyunlarında yarımfinala yüksəlib. 

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda keçirdiyi 3 qarşılaşmadan ikisində qələbə qazanıb, birində isə heç-heçə edib. 

Zaretskanın italiyalı Silviya Semeraro ilə duelində qalib müəyyənləşib - 0:0. Karateçi ardınca fransalı Alize Aqieri 7:2 hesabı ilə məğlub edib. İdmançı daha sonra Slovakiya təmsilçisi Miroslava Kopunovadan güclü olub - 6:0.

Qeyd edək ki, bu gün Asiman Qurbanlı (84 kq) da kumite yarışlarında mübarizə aparacaq. Roman Heydərov (kata) isə bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorgunerlə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi