“Minsk 2019”: Azərbaycanın bir güləşçisi qızıl, üçü bürünc medal qazanmaq şansı əldə edib - FOTO - YENİLƏNİB

“Minsk 2019”: Azərbaycanın bir güləşçisi qızıl, üçü bürünc medal qazanmaq şansı əldə edib - FOTO - YENİLƏNİB Azərbaycanın daha bir sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünü keçirib.
Avropa Oyunları
360
25 İyun , 2019 20:24
“Minsk 2019”: Azərbaycanın bir güləşçisi qızıl, üçü bürünc medal qazanmaq şansı əldə edib - FOTO - YENİLƏNİB
Report

Azərbaycanın daha bir sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünü keçirib.

"Report"un məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov gürcüstanlı Givi Matçaraşvili ilə üz-üzə gəlib.

Məğlub olan Azərbaycan təmsilçisi üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Aleksandr Qostiyev (86 kq) də yarımfinalda rusiyalı Dauren Kuruqliyevə uduzub. O da bürünc medal uğrunda mübarizə aparacaq.

1/8 finalda məğlub olan Hacımurad Hacıyev isə rəqibi finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, Daha öncə Mahir Əmiraslanov (57 kq) finala vəsiqəni təmin edib.


*** 19:23

Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Zaur Uquyevlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.

Əmiraslanov həlledici görüşdə serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək. Final sabah keçiriləcək.

Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Cəmaləddin Məhəmmədov (125 kq) və Aleksandr Qostiyev (86 kq) də 1/2 final görüşlərinə çıxacaq. Onlar müvafiq olaraq gürcüstanlı Givi Matçaraşvili və rusiyalı Dauren Kuruliyevlə qarşılaşacaqlar.

Son xəbərlər

Orphus sistemi