“Minsk 2019”: Azərbaycan badmintonçusu çıxışını başa vurub

“Minsk 2019”: Azərbaycan badmintonçusu çıxışını başa vurub Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında çıxışını başa vurub.
Avropa Oyunları
27 İyun , 2019 14:39
“Minsk 2019”: Azərbaycan badmintonçusu çıxışını başa vurub

Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında çıxışını başa vurub.

"Report"un məlumatına görə, şəxsi yarışlarda mübarizə aparan idmançı 1/8 final mərhələsində hollandiyalı Mark Kalyou ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin 1:2 (12-21, 21-17, 14-21) hesablı məğlubiyyəti ilə bitib.

O, bu nəticədən sonra II Avropa Oyunları ilə vidalaşıb. 

Qeyd edək ki, Ezmi Qovimuramadhoni G qrupunda keçirdiyi üç görüşdən ikisində qələbə qazanmışdı. 

Son xəbərlər

Orphus sistemi