II Avropa Oyunlarında mindən çox idmançı dopinq nəzarətinə cəlb olunacaq

II Avropa Oyunlarında mindən çox idmançı dopinq nəzarətinə cəlb olunacaq Bakı. 11 yanvar. REPORT.AZ/ “Minsk 2019” II Avropa Oyunları zamanı idmançılar və Olimpiya Kəndində yaşayan şəxslər dərmanla pulsuz təchiz ediləcəklər.
Avropa Oyunları
1498
11 Yanvar , 2019 10:59
II Avropa Oyunlarında mindən çox idmançı dopinq nəzarətinə cəlb olunacaq

Bakı. 11 yanvar. REPORT.AZ/ “Minsk 2019” II Avropa Oyunları zamanı idmançılar və Olimpiya Kəndində yaşayan şəxslər dərmanla pulsuz təchiz ediləcəklər.

“Report”un “Belta”ya istinadən verdiyi məlumata görə, bu barədə Belarusun səhiyyə nazirinin müavini Dimitri Pineviç mətbuat konfransında bildirib. II Avropa Oyunlarının Əməliyyət Komitəsinin direktoru Georgi Katulin isə deyib ki, tibbi və antidopinq təminatı Oyunlara hazırlığın əsas istiqamətlərindən hesab olunur.

Yarışlar zamanı Ümumdünya Antidopinq Agentliyinin (WADA) mütəxəssislərinin iş başında olacaqlarını söyləyən G.Katulinin sözlərinə görə, hər 4 idmançıdan birinin dopinq nəzarətinə cəlb edilməsi planlaşdırılır.

Qeyd edək ki, 21 – 30 iyunda keçiriləcək II Avropa Oyunlarında 50 ölkənin 4 mindən çox idmançısı iştirak edəcək və 15 idman növündə 199 medal dəsti sahibini tapacaq. I Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi