Mehriban Əliyeva: "Bu tarixi səhifəni Azərbaycan xalqı yazır"

Mehriban Əliyeva: "Bu tarixi səhifəni Azərbaycan xalqı yazır" O, Azərbaycan xalqını ilk Avropa Oyunlarının başlaması münasibəti ilə təbrik edib
Avropa Oyunları
12 İyun , 2015 22:40
Mehriban Əliyeva: Bu tarixi səhifəni Azərbaycan xalqı yazır

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, "Bakı 2015"in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva birinci Avropa Oyunlarının açılış mərasimində nitq söyləyib. "Report"un məlumatına görə, M.Əliyeva çıxışında Azərbaycan xalqını ilk Avropa Oyunlarının başlaması münasibəti ilə təbrik edib: "Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir".

Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək əminliklə qeyd edir ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və "Bakı–2015"in parlaq ruhunun atəşi orada olacaq.

Daha sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki nitq söyləyib. O, bu günün tarixi hadisə olduğunu bildirərək deyib: "Bu axşam burada Bakının yeni möhtəşəm Olimpiya Stadionunda biz Avropa idmanında tarixi məqamın şahidiyik, onu yaradırıq: İlk Avropa Oyunlarının açılışındayıq. Bu axşam biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik. Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq".

P.Hikki Avropa Olimpiya ailəsini səmimi qəbul etdiklərinə görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, “Bakı-2015” uzun yolun ən vacib nöqtəsi və çılğın arzudur. Avropa Olimpiya Komitəsinin prezidenti idmançılara müraciət edərək onları tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq şansından istifadə etməyə, öz adlarını Avropanın şanlı idman tarixinə yazmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi