​Mariya Stadnik: "Məsuliyyətimizi başa düşürük"

​Mariya Stadnik: "Məsuliyyətimizi başa düşürük" Qadın güləşçi I Avropa Oyunları haqda danışıb
Avropa Oyunları
1 İyun , 2015 17:13
​Mariya Stadnik: Məsuliyyətimizi başa düşürük

Bakı. 1 iyun. REPORT.AZ/ Qadın güləşi üzrə Azərbaycan milli komandası "Bakı 2015" I Avropa Oyunlarına hazırdır. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Olimpiya mükafatçısı, dünya və 4 qat Avropa çempionu Mariya Stadnik bildirib.

27 yaşlı pəhləvan Monqolustan yığması ilə birgə təlim-məşq toplanışlarının yüksək səviyyədə keçdiyini vurğulayıb. Son iki həftə ərzində keçirdiyimiz məşqləri qalan müddətdə də təkrarlayacağıq. Həyəcanlıyıq, amma məsuliyyətimizi başa düşürük. Bu həyəcan bizə mane olmur, əksinə, əlavə stimul verir".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında güləş yarışları 13 - 18 iyunda Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi