Mariya Stadnik: "Finaldakı görüş psixoloji baxımdan çətin idi"

Mariya Stadnik: "Finaldakı görüş psixoloji baxımdan çətin idi" Ən çətin görüşüm final oldu. Çünki rəqibimlə hər gün eyni zalda məşq edirik.
Avropa Oyunları
28 İyun , 2019 20:44
Mariya Stadnik: Finaldakı görüş psixoloji baxımdan çətin idi

"Ən çətin görüşüm final oldu. Çünki rəqibimlə hər gün eyni zalda məşq edirik". 

Bu fikirləri "Minsk 2019" II Avropa Oyunlarında qızıl medal qazanan Mariya Stadnik "Report"un Belarusun paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib. 

50 kq çəki dərəcəsində qalib olan idmançı ukraynalı rəqibi Oksana Livaçı yaxşı tanıdığını vurğulayıb: "Demək olar ki, məşq etdiyimiz klubda rəfiqəyik. Bu baxımdan onunla finaldakı görüş psixoloji baxımdan çətin idi".

Stadnik "Minsk 2019"un təşkilatçılığı barədə də xoş sözlər söyləyib: "Təşkilatçılıq əladır. Bütün təşkilatçılara minnətdaram. Atletlər Kəndində hər şey var. Eyni sözləri yarış zalları barədə də demək olar. Burada olduğumuz müddətdə heç bir insidentlə rastlaşmamışıq".

Son xəbərlər

Orphus sistemi