Yuxarı

​Mariya Stadnik: "Ən yaxşı şəkildə çıxış etməliydim"

Nəhayət ki, Azərbaycan himnini öyrəndim və oxudum

Bakı. 15 iyun. REPORT.AZ/ "Çox xoşbəxtəm ki, qızıl medal qazanmışam. Mənim üçün böyük şərəfdir ki, "Bakı 2015"in qalibi olmuşam".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında qadın güləşi üzrə 48 kq. çəkidə qızıl medal qazanan Mariya Stadnik deyib.

O, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və güclü azarkeş dəstəyinin qarşısında daha yaxşı çıxış etməyə çalışdığını deyib:

"İndi göyün onuncu qatındayam. Bu qədər azarkeş dəstəyinin qarşısında ən yaxşı şəkildə çıxış etməliydim. Başqa cür ola da bilməzdi".

M.Stadnik onun üçün ən önəmli medalların hansı olduğu ilə bağlı suala maraqlı cavab verib:

"Ən çox önəmli olan medal uşaqlıqda qazandıqlarımdır. Çünki uşaq olduğumdan bu mənim üçün qeyr-adi olurdu. Sonradan qazandığım uğurlar mənim üçün böyük xoşbəxtlik idi".

"Bakı 2015"ın qızıl medalçısı fəxri kürsüdə himn oxuması haqda da danışıb:

"Nəhayət ki, mən Azərbaycan Respublikasının Dövlət himnini öyrəndim və oxudum. Himnə daha çox qulaq asaraq öyrənmişəm. Mükəmməl olmasa da, oxuya bilirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi