​Marius Vizer: Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər

​Marius Vizer: Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər "Bakıda olduğum 20 gün ərzində heç bir neqativ hal ilə rastlaşmamışam"
Avropa Oyunları
25 İyun , 2015 21:37
​Marius Vizer: Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər

Bakı. 25 İyun. REPORT.AZ/ "Avropa Oyunlarında təşkilati məsələlərlə yaxından maraqlanmışam. Hər şey yüksək səviyyədədir. İlk olduğuna görə, Bakıda Avropa Oyunları həmişə yaddaşlarda qalacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer deyib.

O, Avropa Oyunlarının uğurlu təşkil edildiyini diqqətə çatdırıb:

"Avropa Oyunları uğurlu təşkil olunduğuna görə, inanıram ki, Azərbaycanda Olimpiya Oyunları da keçirilə bilər. Bakıda olduğum 20 gün ərzində heç bir neqativ hal ilə rastlaşmamışam. Bütün idman növləri kimi cüdo yarışları da, Avropa Oyunlarında yüksək səviyyədə təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi