Yuxarı

Marina Durunda: "Azərbaycan musiqisi ilə çıxış etmək mənim üçün çox önəmli idi"

Yarışı medalsız başa vurmayacağıma inanırdım

Bakı. 21 iyun. REPORT.AZ/ "Şadam ki, medal qazandım. Yarışı medalsız başa vurmayacağıma inanırdım".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanı bədii gimnastikada təmsil edən Marina Durunda deyib.

Fərdi şəkildə lentlə hərəkətlərlə çıxışda gümüş medal qazanan M.Durunda bunları bildirib: "Azərbaycan musiqisi ilə çıxış etmək mənim üçün çox önəmli idi. Üstəlik yarış lentlə idi və mən bunu yaxşı bacarıram. Öz ölkəndə medal qazanmaq, yer tutmaq gözəldir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi