​Litvada "Bakı 2015"ə 100 gün qalması qeyd olunub

​Litvada "Bakı 2015"ə 100 gün qalması qeyd olunub İlk Oyunlarda Litvadan 60-dan çox idmançı iştirak edəcək
Avropa Oyunları
5 Mart , 2015 02:46
​Litvada Bakı 2015ə 100 gün qalması qeyd olunub

Bakı. 5 mart. REPORT.AZ/ Litva Milli Olimpiya Komitəsində (LMOK) 12-28 iyun tarixlərində Bakıda baş tutacaq ilk Avropa Oyunlarına 100 gün qalmasını qeyd etmək məqsədilə görüş keçirilib.

"Report" "Baku2015.com"a istinadən xəbər verir ki, görüşə Litva idmançıları, məşqçiləri, idman həkimləri və veteranlar qatılıblar.

"Şadam ki, ilk Oyunlarda Litvadan 60-dan çox idmançı iştirak edəcək", - deyə LMOK prezidenti Daina Qudzinevicite bildirib və belə əlavə edib:

"Nümayəndə heyətinə həm təcrübəli, həm də karyerasının başlanğıcında olan gənc idmançılar daxil olacaq. Bu yarışlar Avropa Oyunlarının ilk çempionu olmaq üçün yaxşı fürsətdir".

Hazırda doqquz idman növü - 3x3 basketbol, üzgüçülük, boks, avarçəkmə, velosiped idmanı, gimnastika, sambo, çimərlik voleybolu və güləş – üzrə azı 57 litvalı idmançı Bakı 2015 kvalifikasiya standartlarının tələblərini ödəyib.

Litva Milli Olimpiya Komitəsi cüdo, badminton, stolüstü tennis, triatlon və atıcılıq üzrə də idmançıların kvalifikasiya qazanacaqlarına ümid edir.

Son xəbərlər

Orphus sistemi