Yuxarı

​Litva prezidenti I Avropa Oyunlarının medalçılarını qəbul edib

Dalya Qribauskayte idmançıların müvəffəqiyyətini böyük qələbə adlandırıb

Bakı. 2 iyul. REPORT.AZ/ Litva Prezidenti Dalya Qribauskayte Bakıda I Avropa Oyunlarında medal qazanan idmançıları qəbul edib.

"Report" Litva prezidentinin saytına istinadən xəbər verir ki, D.Qribauskayte idmançılara və məşqçilərə ünvanladığı müraciətində idmançıların uğurlarını qeyd edərək, bunu böyük bir qələbə adlandırıb.

Prezident idmançılara mübarizə ruhunu qoruyub saxlamağı, ölkələrini tanıtmaq və yeni qələbələr qazanaraq Litva bayrağını yüksəyə qaldırmağı arzulayıb.

Qeyd edək ki, Litva bu Oyunlarda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb və komanda hesabında 24-cü yerdə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi