Yuxarı
    Bağlamaq

    ​Latviya MOK prezidenti: ""Bakı-2015" I Avropa Oyunlarının belə təşkili bu Oyunların səviyyəsini yüksəyə qaldırdı"

    Belə ki, 4 il sonra Oyunları bu səviyyədə kimin keçirə biləcəyi hələ sual altındadır

    Bakı. 23 iyun. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının bu şəkildə təşkili Oyunların səviyyəsini yüksəyə qaldırdı. Belə ki, 4 il sonra Oyunları bu səviyyədə kimin keçirə biləcəyi məsələsi hələ sual altındadır". Bunu "Report"a açıqlamasında Latviya Milli Olimpiya Komitəsinin prezidenti Aldons Vrublevskis bildirib.

    Latviya MOK başçısı Oyunlar üçün inşa edilmiş idman infrastrukturunu yüksək qiymətləndirərək, idmançı və məşqçilərin yaşayış şəraitindən razı qaldığını deyib. "Əlbəttə ki, bu barədə idmançılar özləri daha obyektiv qənaətlərini söyləyə bilərlər və onların dediklərinə görə, həm yarışların təşkili, həm də idman obyektlərinin keyfiyyəti baxımından bu oyunlar əsl Olimpiya oyunları səviyyəsində keçirilir. Hesab edirəm ki, bu Oyunları Olimpiya Oyunlarından heç də zəif və pis hesab etmək olmaz, bəzi göstəricilərinə görə isə daha yaxşıdır və hətta onları üstələyir", - A. Vrublevskis bildirib.

    Latviya Milli Olimpiya Komitəsinin prezidenti, həmçinin "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimini də yüksək qiymətləndirib: "Təəssüf ki, mən açılış mərasimində şəxsən iştirak edə bilmədim və bunu televiziya vasitəsilə izlədim. Hər şey mənim çox xoşuma gəldi. Burada Olimpiya ənənələri, Azərbaycanın mədəni, tarixi aspektləri və xalqın ənənələri əksini tapmışdı. Hər şey çox yaxşı təşkil olunmuşdu".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi