l Avropa Oyunları ilə əlaqədar görülən təhlükəsizlik tədbirləri açıqlanıb

l Avropa Oyunları ilə əlaqədar görülən təhlükəsizlik tədbirləri açıqlanıb Azad Rəhimov: "Baş verə biləcək bütün terror hadisələrinin qarşısını almaq üçün xüsusi cihazlar vasitəsilə müşahidə obyektləri yaradılıb"
Avropa Oyunları
11 İyun , 2015 17:13
l Avropa Oyunları ilə əlaqədar görülən təhlükəsizlik tədbirləri açıqlanıb

Bakı. 11 iyun. REPORT.AZ/ "l Avropa Oyunları ilə bağlı Fransa istehsalı olan 200 avtobus və 440 ədəd "London taksisi" alınıb". “Report” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

A.Rəhimov bildirib ki, Azərbaycanın əsas məqsədi mümkün olduğu qədər idmançılar, iştirakçılar və turistlər üçün yaxşı şərait yaratmaqdan ibrarətdir: “Bütün yarış iştirakçılarının idman komplekslərinə və yarışların keçirildiyi obyektlərə rahat və təhlükəsiz çatmaları üçün bütün təhlükəsizlik tədbirləri görülüb. Bu məqsədlə Fransa istehsalı olan 200 avtobus və 440 "Londan taksisi" alınıb. Bundan başqa, Oyunların keçirildiyi obyektlərə dəniz yolundan istifadə etməklə də getmək olar. Bu istiqamətdə də şərait yaradılıb, tutumu 600 nəfər olan dəniz nəqliyyat vasitələrindən istifadə olunacaq”.

Nazir qeyd edib ki, təhlükəsizilik həm daxili, həm də xarici faktorlarla bağlı ola bilər: “Bu sahədə ən yeni texnologiyadan istifadə olunub. Oyunların keçirildiyi obyektlərdə xüsusi kameralar quraşdırılıb. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Baş verə biləcək bütün terror hadisələrinin qarşısını almaq üçün xüsusi cihazlar vasitəsilə müşahidə obyektləri yaradılıb və bu cihazlar insanı tanımaq kimi xüsusiyyətə malikdir”.

Son xəbərlər

Orphus sistemi