Bakı. 16 İyun. REPORT.AZ/ "Erməni idmançılar Bakıda təhlükəsizlikdədirlər və qələbəyə kökləniblər".
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan yığmasının mətbuat katibi Karen Giloyan "Sputnik-Armeniya" radiosunun efirində deyib.
Onun sözlərinə görə, yarışlar normal məcrada keçirilir. İdmançıların təhlükəsizliyinə gəldikdə isə, Giloyanın sözlərinə görə, bu tam olaraq təmin edilib və narahatçılığa əsas yoxdur.