Yuxarı

Jukov: Rusiyada birinci Avropa Oyunlarının bütün yarışlarının yayımlanması planlaşdırılır

Rusiya Olimpiya Komitəsinin prezidenti Bakıda olimpiya obyektlərinin hazırlıq səviyyəsindən razı qaldığını bildirib

Bakı. 4 İyun. REPORT.AZ/ Bakıdakı birinci Avropa Oyunlarının bütün yarışlarının Rusiyada yayımlanması planlaşdırılır.

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bildirib ki, Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti yarışları iki kabel kanalı - “Sport” və “Sport-1” kanalı vasitəsilə yayımlayacaq.

Əsas yarışlar isə “Rusiya-2” kanalı ilə nümayiş etdiriləcək. O vurğulayıb ki, Rusiya qarşıdan gələn Oyunlarda yalnız qələbəyə köklənib. Bütün federasiyalar komandaların komplektləşməsinə ciddi yanaşıb, odur ki, Rusiyadan bu Oyunlara güclü komanda yollanır.

A.Jukov Bakıda olimpiya obyektlərinin hazırlıq səviyyəsindən razı qaldığını bildirib. Rusiya Olimpiya Komitəsinin prezidenti deyib: “Son vaxtlar mən Bakıda iki dəfə olmuşam, bütün idman qurğularına baxmışam. Həm Atletlər kəndi, həm də Bakı şəhəri Avropa Oyunlarına çox gözəl hazırlaşır. Əminəm ki, Bakı birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi