Yuxarı
    Bağlamaq

    III Avropa Oyunları müxtəlif ölkə və şəhərlərdə keçirilə bilər

    Dinlə
    EOC prezidenti: Hazırda hiss edirəm ki, daha çox diqqət mövcuddur

    Bakı. 15 may. REPORT.AZ/ 2023-cü ildə keçiriləcək III Avropa Oyunları müxtəlif ölkə və şəhərlərdə təşkil oluna bilər.

    “Report”un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanez Kotsiançiç qurumun Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş seminarında bildirib. O deyib ki, oyunların bir ölkədə və bir şəhərdə keçirilməli olduğu ilə bağlı köhnə fikir düzgün deyil: “Hər şeydən öncə, özüm qış idman növlərinin təşkil olunduğu şəhərdə - Sloveniyanın paytaxtı Lyublyanada doğulmuşam. Hətta bir şəhərdə belə, Qış Olimpiya Oyunları zamanı uzun məsafə qət etməli olursan. Bir şəhərin mərkəzində xizək sürmək üçün dağa rast gəlmək çətin məsələdir. Artıq aralarında məsafənin qısa olduğu fərqli ölkələrin namizəd şəhərləri var. Onları birləşdirməyi düşünürük. Xüsusən də kiçik ölkələri. Güclü və sürətli nəqliyyat infrastrukturu sayəsində bu konsepsiyanı effektli şəkildə reallaşdıra bilərik”.

    2023-cü il III Avropa Oyunlarına ev sahibiliyi üçün tenderin bu ilin noybarında EOC-un İspaniyanın Marbelya şəhərindəki Baş Assambleyasında elan olunacağı gözlənilir. Y.Kotsiançiç ilk iki Oyunların asanlıqla ərsəyə gəlmədiyinə işarə vurub: “Bakı və Minskin Avropa Oyunlarına ev sahibliyi etməsi bizim ora dəvət edilməyimizlə reallaşdı. Vaxt yetişmişdi, seçimimiz yox idi. Lakin hazırda hiss edirəm ki, daha çox diqqət mövcuddur. Konkret olaraq, bir neçə ölkədən maraq var. Noyabrda Marbelyada keçiriləcək Baş Assambleyada tender elan ediləcək. Fikrimcə, ev sahibliyi ilə bağlı qərarı tez verəcəyik. Əminəm ki, Avropa Oyunlarının çox yaxşı perspektivi var. İlk və II Oyunlardan sonra brend daha da inkişaf edəcək”.

    Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi