II Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı açıqlanıb

II Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı açıqlanıb “Minsk 2019” II Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək.
Avropa Oyunları
20 İyun , 2019 15:55
II Avropa Oyunlarında iştirak edəcək idmançıların sayı açıqlanıb

“Minsk 2019” II Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə Oyunların koordinasiya komissiyasının katibi Spiros Kapralos bildirib.

Qeyd edək ki, II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Azərbaycan Oyunlarda 82 idmançı ilə təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi