Yuxarı

II Avropa Oyunlarına 6 şəhər namizəddir

Bakının davamçısının adı gələn ilin mayında açıqlanacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ 2019-cu il Avropa Oyunlarını təşkil edəcək şəhərin adı gələn ilin mayında açıqlanacaq. "Report"un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin (EOC) Bakıda keçirilən iclasında qərar qəbul olunub. 

Təşkilatçı şəhərin bu gün işə başlayan EOC-un Baş Assambleyasında elan olunması nəzərdə tutulmuşdu. Amma İcraiyyə Komitəsi qərarı yarım ilədək təxirə salıb. Hazırda II Avropa Oyunlarına 6 şəhər namizəddir. Təxirəsalmaya səbəb də məhz 6 sifariş ərizəsindən hansının Oyunları keçirməyə daha uyğun olduğunu araşdırmaqdan ibarətdir. Qalib şəhərin adının EOC-un növbədənkənar iclasında elan olunması nəzərdə tutulub. 

Qeyd edək ki, hələlik II Avropa Oyunlarını təşkil etmək istəyən şəhərlərin adları açıqlanmır. Amma Rusiyanın Soçi və ya Kazan, Hollandiyanın Amsterdam və ya Rotterdam (birgə namizədlik də mümkündür), Türkiyənin İstanbul və ya Mersin, Polşanın Katovitse və ya Krakov şəhərlərinin adları daha çox hallanır. İlk Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi